Modern.az

Avstraliyada koronavirusa yoluxma pik həddə

Avstraliyada koronavirusa yoluxma pik həddə

8 Yanvar 2022, 11:06

Avstraliyada son sutka ərzində koronavirusa 116 min yeni yoluxma qeydə alınıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu da pandemiya dövründə ölkədə ən yüksək göstərici olub.

 

Qeyd olunur ki, ötən həftə ərzində də Avstraliyada həftəlik yoluxma rekordu yenilənib. Belə ki, son yeddi gün ərzində 364 mindən çox yoluxma qeydə alınıb.

 

Bugünədək Avstraliyada 858 847 nəfər koronavirusa yoluxub, 2 336 nəfər ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti