Modern.az

Tərbiyəçi döydüyü uşağın ailəsindən ÜZR İSTƏMƏDİ

Tərbiyəçi döydüyü uşağın ailəsindən ÜZR İSTƏMƏDİ

Aktual

18 Yanvar 2022, 16:17

Bir neçə gün əvvəl İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərilməsini əks etdirən videogörüntü sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu.

 

Hadisə sosial şəbəkələrdə ictimailəşəndən sonra dövlət qurumları məsələ ilə bağlı araşdırma apardılar. Uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edildi.

 

Bundan sonra zərərçəkən azyaşlının atası İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev mətbuata açıqlamasında Z.Baxışovanın qohumları olduğunu, bu səbəbdən ondan şikayət etmədiklərini bildirdi.

 

Artıq məlum hadisədən bir neçə gün keçir. 

 

Modern.az saytının əməkdaşı azyaşlının atası Rəşid Mirzəliyevlə əlaqə saxlayaraq, qalmaqala səbəb olan tərbiyəçinin məlum olaydan sonra onlarla əlaqə saxlayıb-saxlamadığını öyrənməyə çalışıb.

 

O bildirib ki, hadisədən sonra Z.Baxışova üzrxahlıq belə etməyib:

 

“Hələ heç bir yenilik yoxdur, istintaq gedir. Sosial şəbəkələrdə hamı özü üçün bilib-bilmədən yazır, pozur. Müəllim işdən azad olunub. Amma bizdən heç bir üzrxahlıq etmədi. Polis şöbəsindən sonra onu görməmişəm. Mən istintaqın nəticəsini gözləyirəm”.

 

Bundan əlavə, R.Mirzəliyev övladının bağçaya göndərilməməsi barədə deyilənlərə aydınlıq gətirmək istəməyib:

 

“Mən bu barədə heç bir açıqlama vermək istəmirəm. Sadəcə istintaqın nəticəsini gözləyirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvan qarışdı: Xocalı qatili ölkədən qaçdı