Modern.az

Bakıda iki ev yandı

Bakıda iki ev yandı

Aktual

7 Fevral 2022, 09:46

Bakıda iki evdə yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bundan əlavə, Bakı şəhərinin Binəqədi rayonunda bir-birinə bitişik tikilən ümumi sahəsi 70 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvar və altına yığılan 5 ədəd soyuducu, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə və ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var