Modern.az

Bolqarıstanla Azərbaycan regionda ümumi maraqlara malikdirlər - AÇIQLAMA

Bolqarıstanla Azərbaycan regionda ümumi maraqlara malikdirlər - AÇIQLAMA

10 May 2024, 16:30

“Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfəri Bolqarıstan mediasının əsas mövzusuna çevrilib.  İndiki dönəmdə Bolqarıstan və Azərbaycan bütün regionun təhlükəsizliyinə və sabitliyinə töhfə verə biləcək, Asiya ilə Avropa arasında mübadilələri gücləndirə biləcək enerji, nəqliyyat və rəqəmsal əlaqələr yaratmaq üçün strateji yerlərindən və üstünlüklərindən istifadə etməkdə ümumi maraqlara malikdirlər”.

 

Bunu Modern.az-a açıqlamasında bolqarıstanlı siyasi ekspert Nikolay Kraste bildirib.  

 

O bildirib ki, bundan sonra ölkələr arasında əlaqələr daha da güclənəcək:

 

“Zaqulba iqamətgahında keçirilən mərasimdə Rumen Radev və İlham Əliyev Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə imzalayıblar. Bolqarıstan dövlətinin başçısının sözlərinə görə, sənəd iki dost ölkənin və xalqın firavanlığı naminə mükəmməl ikitərəfli münasibətlərin fəal şəkildə inkişaf etdirilməsini təmin etmək üçün mühüm potensialın və qarşılıqlı istəyin ifadəsidir. İki prezidentin iştirakı ilə Azərbaycanın dövlət neft şirkəti SOCAR və “Asarel İnvestment” arasında Anlaşma Memorandumu, Bolqarıstan və Azərbaycan Milli Hava Yolları arasında Sofiya-Bakı-Sofiya xəttində birbaşa uçuşlar üçün müqavilə imzalanıb. Bolqarıstanın İnnovasiya və İnkişaf Nazirliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında texnoloji innovasiyalar və tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu hökumət və biznesdə birgə layihə və təşəbbüslərin əsasını qoyur. Qeyd edək ki, Azərbaycan enerji sektorunda Bolqarıstanın əsas tərəfdaşına çevrilib və Bolqarıstan iqtisadiyyatı üçün təbii qaz tədarükünün şaxələndirilməsinə mühüm töhfə verib. 2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiyada Yunanıstan-Bolqarıstan qarşılıqlı qaz bağlantısı (IGB) açılıb və bu, Cənub Qaz Dəhlizi ilə əlaqə yaradıb və regionun enerji xəritəsini praktiki olaraq dəyişdirib. Həmçinin 2023-cü ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli sistemlərinin operatorları ilə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR arasında Azərbaycan qazının əlavə həcmlərinin Bolqarıstan əsasında Avropaya nəqli üçün imzalanmış əməkdaşlıq memorandum imzalanıb.

 

Bolqarıstanın əksər KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan və Azərbaycan arasında yüksək səviyyədə fəal siyasi dialoq haqqında dediklərini  trajlayıblar. Qarşılıqlı maraq doğuran bütün sahələr ikitərəfli münasibətlərin genişlənməsinə və əldə olunmuş nailiyyətlərə mühüm töhfə verir.

 

İki ölkə arasında ticarət mübadiləsi və Azərbaycandan Bolqarıstana təbii qazın nəqlinin həcmi ildən-ilə artır. Bu gün Azərbaycan qazının Avropa bazarına çıxarılmasında və Avropanın enerji sektorunun təhlükəsizliyinin gücləndirilməsində Bolqarıstan tərəfinin mühüm rolu var. Azərbaycan qazının qonşu ölkələrə tranziti Bolqarıstan ərazisindən həyata keçirilir və bu imkandan istifadə edən ölkələrin sayı artır”.

 

Qeyd edək ki, Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycana rəsmi səfər edib.

 

Səfər zamanı Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamə imzalanıb.

 

R.Radevin Bakıya səfərinin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm sahələrində ikitərəfli strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirmək olub.

 

Bolqarıstan dövlət başçısını Azərbaycana səfəri zamanı həyat yoldaşı Desislava Radeva müşayiət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ