Modern.az

Xocavənddə yaralananların SON DURUMU 

Xocavənddə yaralananların SON DURUMU 

Aktual

8 Fevral 2022, 10:40

Xocavənddə qəza nəticəsində yaralanaraq Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir.

 

Bu barədə Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, xəstələrin vəziyyətində ağırlaşma halları müşahidə olunmur:

 

"Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir".

 

Xatırladaq ki, fevralın 6-da axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb. Qəza Xocavənd rayonu ərazisində baş verib. Qəza nəticəsində 22 nəfər xəsarət alıb.

 

Faktla bağlı Xocavənd rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir