Modern.az

Kiyev Rusiyanın Krım və Donbasdan çıxmasını tələb edir

Kiyev Rusiyanın Krım və Donbasdan çıxmasını tələb edir

28 Fevral 2022, 17:00

“Ukraynanın nümayəndə heyəti danışıqlarda Rusiyadan qoşunlarını Krım və Donbasdan çıxarılmasını tələb edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib.

 

“Kiyevdə üstünlük bizimdir. Bizim şərtlərimiz isə açıqdır”- O.Arestoviç feysbukda yazıb.

 

Qeyd edək ki, hazırda Belarusun Qomel şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılır.

 

Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov təmsil edir. 

 

Ukraynadan görüşə müdafiə naziri Aleksiy Reznikov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya, xarici işlər nazirinin müavini Nikolay Toçitski, Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak, Ali Radanın deputatı Rustem Umerov və Ukraynanın Üçtərəfli Təmas Qrupunda nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin qatılıb. Danışıqlar mətbuata qapalı keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvan qarışdı: Xocalı qatili ölkədən qaçdı