Modern.az
Qəzənfər Həmidoğlu Müsibət vaxtı ziyafət...

Qəzənfər Həmidoğlu

Müsibət vaxtı ziyafət...

Aktual

18 Mart 2022, 22:50
Qəzənfər Həmidoğlu
 
Tarix çox rəzilliklərin, taun vaxtı ziyafətlərin şahidi olub. Təmtəraqlı rəzaləti də gördü… Rusiya-Ukrayna savaşının 23-cü günündə Putin Moskvanın  “Lujniki” stadionunda Krımın ilhaqının 8-ci ildönümünü bayram edərək 200 minlik mitinq-konsert keçirdi. 
 
Bu, sadəcə bir xalqın faciəsi, müsibəti, iztirabları üzərində qurulan qondarma pafoslu təmtəraq, gurultu, atdanıb-düşmə deyildi. Yəqin tarixdə ilk dəfədir ki, işğalçı dövlət minlərlə hərbçisinin öldüyü, torpağa gömüldüyü, anlamsız gəbərdiyi, yaralandığı, əsir düşdüyü və fərarilik etdiyi etdiyi bir zamanda öz paytaxtında atəşfəşanlıq edirdi.
Rusiya liderinin pafosu, ritorikası, isteriyası, barmaq silkələməsi kimisə qorxutmaqdan daha çox, “imperiya xalqı”nın başının altına yastıq qoymaqdan, bəlkə özünü də zorən inandırmaqdan başqa bir şey deyildi. Gerçəkdən diktatorlar islaholunmaz “orijinallıqları” ilə təəcüblədirməkdə fenomendirlər…  
 
Hakimiyyəti dövründə “böyük alman xalqı və onun döyüş ruhu” ilə fəxr edən Hitler düşmən  bunkerinə yaxınlaşarkən bütün əsgər və zabitlərini “qorxaqlar və vətən xainləri” adlandırmışdı. Müharibəni uduzduğunu etiraf edən fürer özünü asmamışdan əvvəlsə alman xalqını “döyüşməyi bacarmamaqda” suçlamışdı...
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır