Modern.az

Azərbaycanın Ermənistandan aldığı malın adı açıqlandı

Azərbaycanın Ermənistandan aldığı malın adı açıqlandı

Aktual

16 Aprel 2026, 16:17

Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızılgül idxal edilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib. 

 "“Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən, idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, "Dövlət Gömrük Komitəsinin "Xarici Ticarətin Gömrük Statistikasına dair Hesabat"na əsasən, 2026-cı ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə olaraq 960 ABŞ dolları dəyərində mal idxal edib.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr 1991-ci ildən tamamilə dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?