Modern.az

İran Hörmüz boğazından keçməyin şərtlərini AÇIQLADI

İran Hörmüz boğazından keçməyin şərtlərini AÇIQLADI

Dünya

Bu gün, 14:05

İran parlamenti Hörmüz boğazının idarə olunması planı ilə bağlı yeni detalları açıqlayıb.

Modern.az xəbər verir ki, İran parlamentinin  komissiya sədri Məhəmmədrza Rzayi Hörmüz boğazının strateji idarə olunması planının maddələrini “X” səhifəsində yayıb.

M.Rzayi yazıb:

- İsrailə məxsus və ya onunla əlaqəli hər hansı gəmi və ya yükün Hörmüz boğazından keçməsi tamamilə qadağandır.

- Düşmən ölkələrə məxsus gəmilərin keçidi Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən qadağan edilir.

- Müqavimət cəbhəsinə qarşı düşmənçilik edən ölkələrin gəmiləri və ya yüklərinin keçidi qadağandır.

- Digər gəmilərə yalnız icazə alındıqdan və “idarəetmə, nəzarət və təhlükəsizlik” xərcləri ödənildikdən sonra keçid icazəsi verilir.

- Ödənişlər İran milli valyutası (rial) ilə həyata keçirilir.

- Müharibədə hər hansı formada iştirak etmiş ölkələr, dəymiş zərərin təzminatını ödədikdən sonra keçid icazəsi alacaqlar.

- İrana qarşı birtərəfli sanksiyalar tətbiq edən və ya düşmənçilik edən hər hansı ölkə, şəxs və ya hüquqi qurum Hörmüz boğazından keçiddən məhrum edilir.

- Öz sənədlərində və açıqlamalarında “Fars körfəzi” əvəzinə saxta adlardan istifadə edən ölkələrin gəmilərinin keçidi qadağandır.

- Toplanan vəsaitlər üç istiqamətdə istifadə olunacaq: ölkənin müdafiə gücünün artırılması və silahlı qüvvələrin sosial təminatı; ölkə infrastrukturunun bərpası və inkişafı; xalqın rifahının təmin edilməsi.

- Bu qaydalara əməl edilməməsi qayda pozan gəminin saxlanılmasına, cərimələnməsinə və yükünün dəyərinin 20%-nin müsadirə olunmasına səbəb olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV