Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa xalqa diqqətçəkən çağırış edib.
Modern.az xəbər verir ki, komitə sədri vətəndaşları yenidoğulanlara ad seçərkən milli adlardan istifadə etməyə səsləyib.
"Milli adlar və soyadlar mövzusu illərdir müzakirə olunur. Müəyyən irəliləyişlər olsa da, durum arzu olunan səviyyədə deyil. Fikrimcə, burada hər kəsin övladına, yaxınlarına fərdi ad seçimi hüququna hörmətlə yanaşmaqla yanaşı, doğru nümunələrin təbliği və təşviqi çox vacib məsələdir. Burada ictimai mühitdə tanınmış insanların nümunəvi davranışları çox vacibdir. Ərəb, fars, rus, ingilis, yunan, latın, moltanı və s. adların təkrar olaraq yaşayan nəsillərə ötürülməsi ənənəsindən qurtulmaq üçün təbliğatı gücləndirməliyik. Nümunə üçün qeyd edim ki, həm övladlarıma, həm də nəvəmə milli ad qoyulmasını birmənalı şəkildə təmin etməklə yanaşı, yaxınlarımı, çevrədəki ərkim keçən insanları də istər dini, istər başqa xarakterli ərəb, fars, rus, ingilis, latın, yunan və s. adları qoymaqdan çəkinməyə çağırıram. Soyadlarına bu yöndə düzəliş etmək çətindir, orada "ov", "yev"i təmizləsən də milliləşdirmək mümkün olmur. Heç olmazsa bundan sonra gələn nəslin adlarınının saflığnı qorumağa çalşaq", - deyə komitə sədri vurğulayıb.