Modern.az

Maya Sandudan NATO açıqlaması

Maya Sandudan NATO açıqlaması

Aktual

4 Dekabr 2022, 15:34

Moldova Prezidenti Maya Sandu Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin NATO-ya üzv olmaq niyyətindən danışıb.

 

Modern.az-ın xəbərinə görə, prezident hesab edir ki, Moldovanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı bütün söhbətlər Dnestryanıda Rusiya qoşunlarının mövcudluğunu xeyli çətinləşdirir.

 

Noyabrda ölkədə keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, vətəndaşların 54,5%-i hərbi bloka qoşulmağa səs verib. Eyni zamanda, respondentlərin 23,1%-i Moldovanın NATO-ya daxil olub-olmaması barədə hələ qərar verməyib.

 

Qeyd edək ki, ölkənin Konstitusiyasında neytrallıq haqqında müddəa, eləcə də digər ölkələrin ordularının yerləşdirilməsinə qadağa qoyulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı