Ermənistanın Baş naziri Nikol Paşinyanın son addımları prosesi uzatmağa hesablanıb.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında bildirib.
Sabiq nazir Paşinyanın taktiki və strateji addımlarına diqqət çəkərək onun ABŞ səfəri ərəfəsindəki davranışını şərh edib.
“Paşinyanın bütün bu "klounadası" Trampın dəvəti ilə ABŞ-ə səfəri ərəfəsində vaxtı uzatmaq siyasətini pərdələmək məqsədi daşıyır”, – Tofiq Zülfüqarov qeyd edib.