Modern.az

Paşinyan medianı məhkəməyə verdi - 11 min dollar tələb edir

Paşinyan medianı məhkəməyə verdi - 11 min dollar tələb edir

Dünya

Bu gün, 12:14

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevan.Today saytını, portalın baş redaktoru Sevak Akopyanı və “Ayeli” (“Güzgü”) mətbuat klubunu məhkəməyə verib.

Modern.az xəbər verir ki, bu barədə məhkəmə-hüquq məlumatlarının dərc olunduğu Datalex saytında məlumat yerləşdirilib.

Paşinyan Yerevan.Today saytının sahibi olan “Media Plus” MMC-dən və nəşrin baş redaktoru Sevak Akopyandan “yüksək səviyyəli talançılıq” və “yüksək ranqlı korrupsiya” ilə bağlı yayılan iddiaları təkzib etməyi tələb edir.

Ermənistanın baş naziri həmin iddiaları yayan “Ayeli” (“Güzgü”) mətbuat klubundan da təkzib verməsini istəyir.

Bununla yanaşı, iddia ərizəsində cavabdehlərdən dəymiş mənəvi zərərə görə 4 milyon dram (təxminən 11 min dollar) məbləğində pul kompensasiyasının tutulması tələbi də yer alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi