Modern.az

ABŞ-də helikopter qəzaya uğrayıb – Ölənlər var

ABŞ-də helikopter qəzaya uğrayıb – Ölənlər var

Dünya

Bu gün, 11:38

ABŞ-nin Kaliforniya ştatında “Robinson R22” tipli helikopter qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, helikopter Temekula şəhəri yaxınlığında təpənin yamacına düşüb.

Hadisə nəticəsində helikopterdə olan hər iki şəxs həyatını itirib.

ABŞ mətbuatının məlumatına görə, helikopter “French Valley” hava limanından havaya qalxıb.

Qəzanın səbəbləri ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi