Modern.az

Polad Bülbüloğlu AzTV-nin yubileyinə o xanımla gəldi - FOTO

Polad Bülbüloğlu AzTV-nin yubileyinə o xanımla gəldi - FOTO

Mədəniyyət

Bu gün, 15:53

Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” adlı konsert proqramı təşkil olunub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, sənət aləminin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Modern.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri Xalq artisti, deputat Polad Bülbüloğlunun tədbirə Əməkdar artist, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərova ilə birlikdə gəlməsi olub. Onlar yubiley tədbirini yanaşı izləyiblər.

Polad müəllimlə Eteri xanımın yubiley tədbidində birgə olması media mənsublarının kamerasından yayınmayıb.

Xatırladaq ki, bir neçə ay öncə ölkə mediasının gündəmini Polad Bülbüloğlu ilə Eteri Cəfərovanın evlənmə xəbəri zəbt etmişdi. Həmin vaxt bu xəbər birmənalı şəkildə təkzib olunmamışdı.

Sizə yeni x var
Keçid et
Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var