Modern.az

Pulu harada saxlayırsız? - Maraqlı sorğu

Pulu harada saxlayırsız? - Maraqlı sorğu

Aktual

17 Yanvar 2023, 13:18

Azərbaycanda keçirilən sorğuda iştirak edən respondentlərin 39.9%-i pulunu evdə saxlamağı təhlükəsiz olduğunu düşünür. 

Modern.az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin vətəndaşların pullarını harada daha etibarlı (təhlükəsiz) saxlaya biləcəklərinə dair sorğusunun nəticələrində əks olunub. 

Belə ki, sorğuda iştirak edənlərin  56.7%-i pulu saxlamaq üçün banklara etimad göstərir. Sorğu çərçivəsində respondentlərin 1.8%-i digər cavab variantlarını qeyd edib, 1.5%-i isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.

Kişi respondentlərinin yarısı (50.3%) “evdə” cavabı verdiyi halda, qadınların seçimi daha çox banklardan yana olub (62.9%).

Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok