Modern.az

13 ali məktəbin akkreditasiyası yekunlaşdırılacaq

13 ali məktəbin akkreditasiyası yekunlaşdırılacaq

28 Noyabr 2023, 15:08

"Dekabrda Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır".

 

Modern.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

 

O bildirib ki, bu il ərzində 13 ali təhsil müəssisəsinin akkreditasiyasının yekunlaşdırılması nəzərdə tutulur.

 

"Növbəti ildə də 13 ali təhsil müəssisəsinin akkreditasiyası aparılacaq. Onlardan 3-ü bu il akkreditasiyası aparılan, amma prosesdən keçməyənlərdir. Gələn il həmçinin, proqram akkreditasiyalarının keçirilməsi planlaşdırılır. Bununla bağlı proqram tərtib edilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri