Modern.az

Qadın basketbolçularımız Avropa Kubokunun finalında

Qadın basketbolçularımız Avropa Kubokunun finalında

İdman

14 İyun 2026, 21:50

Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsinin həlledici oyunları baş tutub.

Modern.az xəbər verir ki, seçmə mərhələnin final oyununa vəsiqə qazanan Azərbaycanın qadınlardan ibarət millisi gərgin final oyununun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib.

Bu qələbə sayəsində komandamız 2026-cı il Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Turnirin final mərhələsi 11-13 sentyabrda Belçikanın Antverpen şəhərində keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi