Modern.az

“AzInTelecom” nümayəndələri “Heydər zirvəsi”nə yürüş edib - FOTOLAR

“AzInTelecom” nümayəndələri “Heydər zirvəsi”nə yürüş edib - FOTOLAR

Aktual

8 May 2023, 16:22

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin rəhbər heyəti ümummilli liderin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş ediblər.

 

Modern.az xəbər verir ki, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən zirvəyə yürüş mürəkkəb relyef və sərt iqlim şəraitində həyata keçirilib.

 

“AzInTelecom” MMC-nin İdarə heyətinin rəhbəri Elxan Əzizov və departament direktorlarından ibarət 9 nəfərlik heyət əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə təhlükəsizlik qaydaları çərçivəsində hərəkət edərək zirvəyə planda təyin edilmiş vaxtda çatıblar.

 

Zirvədə dahi şəxsiyyət Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib. “AzInTelecom”un nümayəndə heyəti zirvədə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıblar.

 




Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi