Modern.az

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

Aktual

6 May 2024, 16:38

Gəncə Dövlət Universitetində (GDU) Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün fənn olimpiadası təşkil edilib. Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 101 illiyinə həsr olunan olimpiada Azərbaycan dili və Ədəbiyyat fənni üzrə keçirilib.

 

Olimpiadada Gəncə şəhərinin 40, Samux və Göygöl rayonlarının 30-a yaxın orta məktəbindən 300 nəfər  şagird  iştirak edib. Suallar Gəncə Dövlət Universitetinin Azərbaycan dili və dünya ədəbiyyatı kafedrasının professor – müəllim heyəti tərəfindən tərtib olunub.  50 test sualı A və B variantında təqdim edilib.

 

Olimpiadanın sonunda şagirdlərə universitetdə tədris olunan ixtisaslar, fakültələr, GDU-nun beynəlxalq əlaqələri, Tələbə Evi haqqında ətraflı məlumatlar verilib. Universitetin fəaliyyətinə dair məlumat kitabçası paylanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi