Modern.az

Goranboyda Ağsaqqallar Şurasının hesabat iclası keçirilib - FOTO

Goranboyda Ağsaqqallar Şurasının hesabat iclası keçirilib - FOTO

Aktual

25 May 2024, 16:18

Goranboyda Ağsaqqallar Şurasının hesabat iclası keçirilib.

 

Modern.az xəbər verir ki, hesabat iclasında, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon Ağsaqqallar  Şurasının  idarə  heyəti, ağsaqqallar, ziyalılar və YAP rayon fəalları iştirak ediblər.

 

Tədbir iştirakçıları öncə,  Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış  abidəsini ziyarət  etdilər. Sonra tədbir YAP rayon təşkilatının  inzibati binasının akt zalında davam etdirildi.

 

Tədbirdə, Ümummilli Liderimiz Heydər Əliyevin və bütün şəhidlərimizin xatirələri 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə  çıxış edən natiqlər, cəmiyyətimizin həssas təbəqəsinin hər bir nümayəndəsi kimi, həyatını ölkəmizin tərəqqisinə həsr edən ağsaqqallarımızın da hər zaman Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunduğunu diqqətə  çatdırdılar. Bildirildi ki, Ümummilli Lider Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqallara göstərilən diqqət və dövlət qayğısı bariz şəkildə özünü göstərir. Rayon Ağsaqqallar Şurasının hesabat məruzəsi dinlənildi və Şuranın ötən dövr ərzində olan səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?