Modern.az

Əməkdar jurnalist, publisist, şair vəfat etdi

Əməkdar jurnalist, publisist, şair vəfat etdi

Allah rəhmət eləsi̇n

14 Mart 2024, 15:18

Xalq artisti Azər Zeynalova ağır itki üz verib.  

Modern.az xəbər verir ki, müğənninin atası, şair, Əməkdar jurnalist, publisist Zeynal Vəfa 86 yaşında vəfat edib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Zeynal Vəfanın vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Zeynalabdin İsmayıl oğlu Zeynalov 1938-ci il dekabrın 2-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub.

İlk əmək fəaliyyətinə 1962-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı olan “Şərq Qapısı” qəzetində başlayıb. Sonra Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor (1963-1969) və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor (1969-1990) işləyib. 
zərbaycan Xarici Dillər İnstitutu nəzdində 2 illik ərəb dili kursunu bitirərək tərcüməçi kimi Yəmən Xalq Demokratik Respublikasında çalışıb (1980-1982).

“Aydınlıq” qəzetində baş redaktorun birinci müavini (1990-1992), “Meydan” qəzetində baş redaktor (1992-1993) vəzifələrində çalışıb.

Zeynal Vəfa 1993-cü ildən Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb. Prezidentin 2005-ci il 21 iyul tarixli 924 nömrəli sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif edilib.

22 iyul 2010-cu ildə milli mətbuatın 135 illiyi ilə əlaqədar "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

“Mənim körpə çinarım”, “Qəlbimin səsi”, “Əgər sevirəm desən”,”Körpələrin xətrinə”,”Beşiklərdən gələn səslər”, ”Ömrün beşinci fəsli”, ”Millətin xilaskarı” (Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən poema), “O dünyaya xəbər verin gələn var” və digər şeir kitablarının müəllifidir. Sözlərinə 70 mahnı bəstələnib.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü