Modern.az

Dünya Priqojinin ölümündən nələr danışdı - REAKSİYALAR

Dünya Priqojinin ölümündən nələr danışdı - REAKSİYALAR

Analitika

25 Avqust 2023, 11:34

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında ölməsindən sonra hadisəyə müxtəlif beynəlxalq reaksiyalar gəlib.

 

Modern.az onlardan "Reuters"in yayımladığı bəzilərini təqdim edir:

 

 

ABŞ Prezident Co Bayden: “Mən nə baş verdiyini dəqiq bilmirəm. Amma təəccüblənmirəm... Rusiyada Putinin aidiyyəti olmadığı çox şey yoxdur, amma cavabı bilmək üçün kifayət qədər məlumatım yoxdur”.

 

 

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak: “...Aydındır ki, Putin öz vəhşi terrorunu heç kimə bağışlamır... Priqojin və "Vaqner" komandanlığının çevriliş cəhdindən 2 ay sonra nümayişkaranə şəkildə sıradan çıxarılması Putindən 2024-cü il seçkiləri öncəsi Rusiya elitasına siqnaldır. "Diqqət edin! Xəyanət ölümə bərabərdir".

 

 

Estoniyanın baş naziri Kaya Kallas: “Əgər doğrudursa, hadisə Putinin rəqiblərini aradan götürdüyünü göstərir və bu, ondan fərqli fikir bildirməyi düşünən hər kəsi qorxudur”.

 

 

Britaniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Alisia Kirns: "Rusiya hökumətinin Yevgeni Priqojinin Moskvadan Sankt-Peterburqa uçarkən qəzaya uğrayan təyyarədə olduğunu təsdiqləmə sürəti bizə bilməli olduğumuz hər şeyi deməlidir. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin təyyarəni vurması ilə bağlı xəbərlər Putinin çox yüksək səslə mesaj göndərdiyini göstərir".

 

 

Polşanın xarici işlər naziri Zbiqnev Rau: "... İntuitiv olaraq bunun təsadüf olduğunu düşünən hər kəsin adını çəkməkdə böyük çətinlik çəkərdik. Elə olur ki, Vladimir Putinin hakimiyyəti üçün təhlükə hesab etdiyi siyasi rəqibləri təbii olaraq ölmürlər".

 

 

ABŞ MKİ-nin keçmiş yüksək rütbəli əməliyyat zabiti, uzun müddət Rusiyada çalışan Daniel Hoffman: “Mən heç bir şübhəm yoxdur ki, bu, Putinin göstərişi ilə olub. O, Priqojinin uğursuz üsyanından sonra həbs olunmamasına zəmanət verdi və ona bir növ yalançı təhlükəsizlik hissi, hərəkət azadlığı tanıdı ki, onu "ovlaya" bilsinlər. Bu, Vladimir Putin üçün rejimin təhlükəsizliyi ilə bağlıdır. İyunun sonunda üsyan qaldırdığı zaman satqın dediyiniz oğlanın yaşamasına icazə verə bilməzsiniz. Bu sadəcə baş verməyəcək və formalaşma təcrübəsi hotdoq satıcılığından başlayan Priqojin, çox güman ki, gücünə dair şişirdilmiş fikirlərə sahib idi".

 

 

ABŞ-ın Avropa Siyasətinin Təhlili Mərkəzinin eksperti Pavel Luzin: “Priqojinin Putinin əmri ilə öldürülməsi və ya təyyarəsinin Rusiya elitası daxilində qurumlararası toqquşma nəticəsində məhv edilib-edilməməsi ilə bağlı hər hansı ehtimallara baxmayaraq, bu hadisə Rusiya elitasının vahid olmadığını, Kreml daxilində ziddiyyətlərin olduğunu nümayiş etdirir, bunlar getdikcə artır. Rusiya rəhbərliyi daxilində müxtəlif qollar arasında koordinasiya həqiqətən pisdir. Əgər Vladimir Putin bu qədər güclü idisə, Priqojini niyə həbs etmədi?”.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi