Modern.az

Cəlilabadda qəza: yaralılar var

Cəlilabadda qəza: yaralılar var

Aktual

1 Noyabr 2019, 00:38

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az "Report"a istinadən  xəbər verir ki, hadisə Sabirabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1968-ci il təvəllüdlü Həsənov Azər Tapdıq oğlu və 1983-cü il təvəllüdlü Ələkbərov Ramil Adil oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı