Modern.az

I ixtisas qrupunun rekordçuları Bakı Ali Neft Məktəbini seçəcək

I ixtisas qrupunun rekordçuları Bakı Ali Neft Məktəbini seçəcək

Aktual

3 Sentyabr 2020, 15:40

Xəbər verdiyimiz kimi, I ixtisas qrupu üzrə ötən gün açıqlanan qəbul imtahanının nəticələrinə görə, 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Modern.az xəbər verir ki, bundan başqa, I ixtisas qrupu üzrə yalnız 1 nəfər – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayev imtahanda 400 bal olmaqla, hər iki mərhələnin cəminə görə maksimal olan 700 balı toplayıb. 

 

I qrup üzrə İkinci ən yüksək nəticəni isə 697 balla Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu Nahid Nuri göstərib. 

 

Onların hər ikisi də imtahanın I mərhələsində maksimal 300 bal toplayıblar. 

 

Yüksək bal toplayan hər iki abituriyent Bakı Ali Neft Məktəbini (BANM) seçməyi planlaşdırır. 

 

Hüseyn Abdullayev BANM-in İnformasiya təhlükəsizliyi və Proseslərin avtomatlaşdırılması ixtisasları arasında seçim etməyi nəzərdə tutub. Nahid Nuri isə İnformasiya təhlükəsizliyi ixtisasını seçmək niyyətindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır