Modern.az

Polis Akademiyasının kursantlarından Zəfər Günü fləşmobu - VİDEO

Polis Akademiyasının kursantlarından Zəfər Günü fləşmobu - VİDEO

Aktual

Bu gün, 16:59

Polis Akademiyasının kursantları 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob təşkil ediblər.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fləşmobda kursantların iştirakı ilə ərsəyə gələn kompozisiyada xalqımızın tarixi Zəfərini, milli qürurunu və qalibiyyət əzmini ifadə edən "Zəfərə atılan imza" və "Zəfərin memarı" sözləri əks olunub.

Fləşmobun məqsədi Azərbaycanın şanlı Qələbəsinin əhəmiyyətini, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gənc nəsil tərəfindən uca tutulduğunu və gələcək nəsillərə ötürülən milli qürur və iftixar mənbəyi olduğunu nümayiş etdirməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı