Modern.az

Əyləncə məclisi qurub paylaşanlar cərimələndi

Əyləncə məclisi qurub paylaşanlar cərimələndi

Aktual

3 Sentyabr 2020, 17:06

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq əyləncə məclisi keçirmələri barədə “İnstagram” sosial şəbəkəsində görüntülər paylaşılıb.

 

DİN mətbuat xidmətindən Modern.az-a daxil olan xəbərə görə, polis əməkdaşlarının keçirdiyi tədbir zamanı həmin məclisin təşkilatçısı və iştirakçıları barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

 

Sabunçu rayonu, Ramana qəsəbəsindəki evlərin birində keçirilmiş ad günü məclisinin təşkilatçısı İbrahim Hüseynov, iştirakçıları Rüfanə Əzimzadə, Ofeliya Əzimzadə, Günay Tapdıqova və Aydan Muxtarova xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılıblar.

 

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV