Modern.az

Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar

Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar

Aktual

3 Sentyabr 2020, 18:51

Ötən günlər sosial şəbəkədə Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkət yolunun kənarında, Görədil qəsəbəsi ərazisindən keçən su kanalının zibilliyə çevrilməsi barədə məlumat və fotolar yayılıb, kanalın sakinlər tərəfindən zibilləndirildiyi bildirilib.

 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, məsələ ilə bağlı paytaxtın kommunal xidmətləri tərəfindən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb.

 

Qeyd edilib ki, bu ərazidə sakinlər tərəfindən kanalın və ətraf ərazilərin məişət tullantıları ilə çirkləndirilməsi halları dəfələrlə baş vermişdir. Kommunal xidmətlərin əməkdaşları tərəfindən qısa müddət ərzində kanalın daxili və ətraf ərazi tullantılardan təmizlənmiş, əraziyə əlavə tullantı konteynerləri yerləşdirilmiş, ərazinin təmizliyınə cavabdeh olanyerli bələdiyyə və ərazi nümayəndəliyinə ərazinin sanitar-təmizliyinə diqqətin artirılması və sakinlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılmışdır.

 

Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar
Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar
Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar
Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar
Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar
Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar
Sakinlər şikayət etdi, İcra Hakimiyyəti tədbir gördü - Fotolar
Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV