Modern.az

Millimizin rəqibi məşqləri dayandırır

Millimizin rəqibi məşqləri dayandırır

Aktual

3 Sentyabr 2020, 21:43

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Kipr seçməsi məşqlərini dayandıra bilər.

Modern.az xəbər verir ki, qarşıdakı günlərdə havanın temperaturu həddindən artıq yüksələcəyindən komandalara xəbərdarlıq olunub.

Yığma və klublara məşqləri müvəqqəti dayandırmaq və ya gecə saatlarına təyin etmək tövsiyə edilib.

Xüsusilə sentyabrın 4-də havanın temperaturunun ölkə daxilində 45 dərəcəyədək yüksələcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək. Yığma 3 gün sonra isə səfərdə Kiprin qonağı olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV