Modern.az

"Traktor" İran kubokunu qazandı

Aktual

3 Sentyabr 2020, 22:21

Təbrizin "Traktor" klubu İran kubokunun sahibi olub.

Modern.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi paytaxt Tehrandakı "Azadi" stadionunda keçirilən final matçında "İstiqlal"la qarşılaşıb. Təbrizlilər Tehran klubuna 3:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.

Qeyd edək ki, "al qurdlar" tarixində ikinci dəfədir ölkə kubokunu qazanır. İlk dəfə 2014-cü ildə bu uğura imza atan "Traktor" 1976 və 1994-cü ildə finalçı olub.

Əlavə edək ki, "Traktor" kuboku qazanmaqla Asiya Çempionlar Liqasının birbaşa qrup mərhələsindən mübarizəyə başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...