Modern.az

Salyan sakini bıçaqlandı

Salyan sakini bıçaqlandı

Aktual

3 Sentyabr 2020, 22:36

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Salyan rayonunun Boranıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu qonşusu tərəfindən bıçaqlanıb.  H.Hüseynov bədəninin müxtəlif hissələrindən 5 bıçaq yarası ilə Salyan rayon xəstəxanasının cərrahiyə şöbəsində əməliyyata götürülüb. Onun çoxlu qan itirdiyi bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Sizə yeni x var
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri