Modern.az

Sabirabadda 20 yaşlı qız dərmandan zəhərlənib

Sabirabadda 20 yaşlı qız dərmandan zəhərlənib

Aktual

3 Sentyabr 2020, 23:54

Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verib.

Modern.az xəbər verir ki, talassemiya xəstəsi olan rayon sakini 20 yaşlı Ağalarova Mirada Seyidbala qızı bir neçə dərmanı ard-arda içərək zəhərlənib.

Yaxınları xəstəni dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstənin vəziyyəti ağır olduğundan həkimlər onu dərhal reanimasiya şöbəsinə yerləşdiriblər. Hazırda onun vəziyyəti ağırdır və müalicəsi davam etdirilir.
 
Faktla bağlı araşdırma aparılır. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV