Modern.az

Salyanda bıçaqlanan gənc öldü

Salyanda bıçaqlanan gənc öldü

Aktual

4 Sentyabr 2020, 09:05

Bıçaqlanma hadisəsi rayonun Boranıkənd kəndində baş vermişdi.

 

Modern.az xəbər verir ki, Boranıkənd kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, H. Hüseynov ötən gün axşam saatlarına bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Onun qonşusu tərəfindən bıçaqlandığı bildirilirdi.(Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri