Modern.az

Yaponiyada zəlzələ: xəsarət alanlar var

Yaponiyada zəlzələ: xəsarət alanlar var

Aktual

4 Sentyabr 2020, 09:35

Avqustun 4-də Yaponiyanın mərkəzi hissəsində baş vermiş 5 bal gücündə zəlzələ nəticəsində xəsarət alanlar var.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri Fukui prefekturasının Yapon dənizi sahillərində, ocağı 10 kilometr dərinlikdə yerləşib.

 

Kyodo agentliyini yaydığı məlumata görə, zəlzələnin əmələ gətirdiyi titrəyişlər nəticəsində yıxılan iki yaşlı körpə və 80 yaşlı qadın müxtəlif dərəcəli xəsarət alıblar.

 

Bununla yanaşı, ərazidə yerləşən atom elektrik stansiyasında ştatdankənar vəziyyətin qeydə alınmadığı bildirilir. Sunami xəbərdarlığı elan edilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV