Modern.az

Bakıda moped yük maşınına çırpıldı, ölən var

Bakıda moped yük maşınına çırpıldı, ölən var

Aktual

4 Sentyabr 2020, 10:04

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

 

Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Zahir Mirzəyev mopedlə hərəkətdə olarkən idarəetməni itirərək qarşısında hərəkətdə olan Yelmar Əsədovun idarə etdiyi yük maşınına çırpılıb.

 

Hadisə nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Z.Mirzəyev orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV