Modern.az

Tanınmış rəqqasə Xəzər TV-də aparıcılıq edəcək

Tanınmış rəqqasə Xəzər TV-də aparıcılıq edəcək

Aktual

4 Sentyabr 2020, 11:08

Rəqqasə-aktrisa Oksana Rəsulova Xəzər TV-də aparıcılıq edəcək.

 

Modern.az xəbər verir ki, o, bununla bağlı kanal rəhbəri Murad Dadaşovla razılıq əldə edib. 

 

Sənətçi həftədə bir dəfə tamaşaçı qarşısına çıxacaq. Oksananın verilişinin adı isə hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, Oksana M.Dadaşovla “Bayram axşamı” adlı komediya filmində rol alıb.  Eyni ekran işində yer alan aktyor İslam Mehrəliyev də yeni sezonda “Xəzər” ekranlarında görünəcək.(Qafqazinfo)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV