Modern.az

Azərbaycanda özəl icra məmurları fəaliyyətə başlayacaq

Azərbaycanda özəl icra məmurları fəaliyyətə başlayacaq

Aktual

4 Sentyabr 2020, 11:30

Avropa ölkələrinin əksəriyyətində özəl icra məmurları fəaliyyət göstərir. Ədliyyə nazirinin göstərişilə Azərbaycanda da özəl icra məmurları ilə bağlı layihə hazırlanır.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.


F.Əfəndiyev deyib ki, hazırda layihə razılaşdırma mərhələsindədir:

“Qanuna əsasən bəzi məsələlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Vətəndaşa seçim imkanları olacaq”.

Onun sözlərinə görə, özəl icra məmurları göstərdikləri xidmətə görə qonarar alacaqlar:

“Nazirlər Kabinetinin qərarına əsasən, onlar ödəniş müqabilində xidmət göstərəcəklər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır