Modern.az

Azərbaycanda partiya rəhbərinə cinayət işi AÇILDI

Azərbaycanda partiya rəhbərinə cinayət işi AÇILDI

Aktual

4 Sentyabr 2020, 12:15

Azərbaycanda partiya rəhbərinə qarşı cinayət işi başlanıb.

Modern.az xəbər verir ki, Trend-in məlumatına görə, Azərbaycan Mübarizləri Partiyasının (AMP) sədri Ağadur Müslümov 100 min manat dələduzluqda ittiham olunur.

Partiya sədri İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğluna qarşı dələduzluq edib. A. Müslümova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Sədr barədə olan cinayət işinin istintaqı başa çatdırılıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV