Modern.az

Naftalanda təmizlik aksiyası keçirilib - FOTO

Naftalanda təmizlik aksiyası keçirilib - FOTO

Aktual

4 Sentyabr 2020, 12:37

 

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Gənclər və İdman İdarəsi və YAP Naftalan şəhər təşkilatının birgə iştirakı ilə şəhərdə  təmizlik aksiyası keçirilib.

 

Modern.az təmizlik aksiyasında gənclərlə yanaşı Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzov iştirak edib. 

 

Aksiya çərçivəsində turistlərin daha çox gəzdiyi Şirvan prospektində və digər ərazilərdə təmizlik işləri aparılıb. İməcilikdə ərazi çöp və irili-xırdalı tullantılardan təmizlənərək xüsusi zibil torbalarına yığılıb və əvvəlcədən ayrılmış nəqliyyat vasitələri ilə ərazidən daşınıb. 

 

Sözügedən aksiyanın təşkilinin əsas məqsədi şəhər ərazisində təmizliyə riayət olunmasını təbliğ etmək, şəhərin müxtəlif məişət və digər tullantılarla zibillənməsinin qarşısını almaq, gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etmək və bununla bağlı əhali arasında məsuliyyət hissini daha da artırmaqdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV