Modern.az

Bakı Musiqi Akademiyasında Üzeyir Hacibəyli günü qeyd olunub

Bakı Musiqi Akademiyasında Üzeyir Hacibəyli günü qeyd olunub

Aktual

21 Sentyabr 2020, 15:28

Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyası tərəfindən dahi bəstəkarlar Ü.Hacıbəylinin və  M.Maqomayevin anadan olmasının 135 illiyinə həsr olunmuş respublika elmi-praktik konfrans keçirilib.

"Dahi Üzeyir Hacıbəylinin ölməz irsi" adlı onlayn konfransa laboratoriyanın elmi əməkdaşları, BMA-nın mütəxəssisləri və doktorantları ilə yanaşı, Bakı Xoreoqrafiya Akademiyasının elmi-yaradıcılıq işləri üzrə prorektoru, professor Sonaxanım İbrahimova, ADPU Şamaxı filialının elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə f.d. Şasəddin Mikayılov, Naxçıvan Dövlət Universiteti İncəsənət fakultəsinin "musiqinin tarixi və nəzəriyyəsi" kafedrasının müdiri, əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, dosent İnarə Məhərrəmova və NDU-nun dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədli, eləcə də Ü.Hacıbəyli irsinin digər tədqiqatçılar qatılıblar.  


BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransı giriş sözü ilə açaraq, iştirakçıları Milli Musiqi Günü münasibətilə təbirk edib, tədbirin mövzusu və məqsədi haqqında məlumat verib. Xalq artisti, professor Ramiz Quliyev də konfrans iştirakçılarına ürək sözlərini bildirib. Sonra  dahi bəstəkarın həyat-yaradıcılığına həsr olunmuş video çarx təqdim olunub.

BMA-nın elmi-yaradıcılıq üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin "Ü.Hacıbəylinin əsərlərində qadın hüquqları problemi", S.İbrahimovanın "Xoşbəxt evliliyin qaydaları" ("Arşın mal alan"ın motivləri üzrə BXA-nın eyni adlı tamaşası)"  , N.İsmayılzadənin "Əbədi yaşayan sənətkarlar - Ü.Hacıbəyli və M.Maqomayev",  Ş.Mikayilovun "Ü.Hacıbəyli yaradıcılığında milli musiqi dünyagörüşünün bəzi xüsusiyyətləri", G.Məmmədlinin "Xəlqilik Ü.Hacıbəyli yaradıcılığının əsas meyarı kimi", elmi-tədqiqat laboratoriyasının əməkdaşlarından  sənətşünaslıq üzrə fəlsəfə doktorları - İmina Əliyevanın "Üzeyir Hacıbəyli və dünya musiqi mədəniyyəti" və Rauf Bəhmənlinin "Ü.Hacıbəylinin yaradıcılığında xalq rəqslərinin əhəmiyyəti", doktorantlardan Fidan Nəsirovanın "Hacıbəylilər nəslinin Azərbaycan musiqisinin inkişafında rolu" və Könül Əhmədovanın "Ü.Hacıbəylinin ədəbi və musiqi yaradıcılığında satira" adlı məruzələri  maraqla qarşılanıb. Məruzələr audio-video materiallarla müşayiət olunub.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV