Modern.az

"Neftçi" *Kəpəz"ə qalib gəldi 

"Neftçi" *Kəpəz"ə qalib gəldi 

İdman

Bu gün, 22:09

Misli Premyer Liqasının XI turunda "Neftçi" "Kəpəz" komandası ilə üz-üzə gəlib.

Modern.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan oyun Bakı komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə kollektivi isə 17 xalla beşincidir.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmasında "Turan Tovuz" səfərdə "Qarabağ"a (1:0) qalib gəlib. "Zəfər turu"na noyabrın 8-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı