Modern.az

Bacısını öldürən məmur oğlu həbs edildi

Bacısını öldürən məmur oğlu həbs edildi

Aktual

23 Sentyabr 2020, 10:08

Xəzər rayon Məhkəməsində Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində olan həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 

Modern.az-ın məlumatına görə, prosesdə təqdimata baxılıb və M.Babayevin barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, qətl hadisəsi senytabrın 20-də Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.

 

M. Babayev daha sonra könüllü polisə təslim olub. 

 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hadisəni törədən şəxs Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?