Modern.az

Sərkisyan Putinin xeyr-duasını aldı... - Təhlil

Sərkisyan Putinin xeyr-duasını aldı... - Təhlil

Aktual

10 Avqust 2012, 18:00

Növbəti 5 ildə rəsmi Bakı yenə Moskvadan idarə edilən keçmiş filoloqla danışmalı olacaq...


Ermənistan siyasi dairələrinin və ölkə KİV-nin əsas müzakirə mövzusu prezident Serj Sərkisyanın Moskva səfəri və onun mümkün nəticələridir. Vladimir Putinin üçüncü dəfə Rusiya prezidenti seçilməsindən sonra ilk dəfə idi ki, dövlət başçısı statusunda Sərkisyanı qonaq edirdi.  Üç gün əvvəl baş tutan Putin-Sərkisyan danışıqları Yerevanda daha çox 2013-cü ilin fevralında Ermənistanda keçiriləcək prezident seçkiləri kontekstində təhlil edilir.

Bu səfər zamanı müzakirə olunan Rusiya qazının Ermənistana satış qiymətlərinə baxılması, Yerevana 1 milyarda yaxın kredit verilməsi, ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri məhz bilavasitə 2013-cü il prezident seçkilərinə hazırlıq prosesinin əsas komponentləri kimi dəyərləndirilir.

Sərkisyan 1 milyardlıq dəstək istəyir

Belə ki, rəsmi statistikaya əsasən Ermənistanın xarici borcu ÜDM-in 47 faizini təşkil edir. Müstəqil ekspertlər isə bu məlumatların səhf olduğunu, ölkənin xarici borcunun faktiki olraq ÜDM-in 70-80 faizini təşkil etdiyini bildirirlər.  Ermənistanın keçmiş baş naziri, parlamentdə Erməni  Milli Konqresinin təmsilçillərindən Qrant Baqratyan bu günlərdə “Ermənistan bu gün” ("Armenia Today") nəşrinə müsahibəsində bu barədə bildirib. Müstəqil ekspertlər idda edirlər ki, Moskva prezident seçkilərinə qədər bu 1 milyardlıq kreditin ayrılması barədə qərar qəbul etməsə Yerevan Yunanıstanın aqibətini yaşaya bilər. Sərkisyanın tək ümid yeri Moskva olaraq qalır.

Bundan əvvəl Yerevan Avropa Birliyi ilə 1.5 milyardlıq kredit ayrılması barədə danışıqlar aparmışdı. Lakin, 2009-cu il parlament seçkilərində böyük saxtakarlığa, qanun pozuntularına və represiyalara yol verildiyi üçün Avropa Birliyi Ermənistana yalnız  demokratik islahatların müqabilində iqtisadi dəstək vəd etmişdi. 2013-cü il seçkilərinə az bir müddət qalmasına baxmayaraq Sərkisyan iqtidarı Aİ-nin gözləntilərini doğrultmayıb.  Bu baxımdan Moskvanın 1 milyardlıq dəstəyi Sərkisyan üçün prezident kürsüsünü saxlamaq baxımdan əsas şərtlərdən biridir.

Putin -Sərkisyan danışıqları ilə bağlı verilən məlumatlarda Yerevana kredit ayrılması barədə heç bir informasiya verilməyib. Bununla belə danışıqların ümumi atmosferi və verilən açıqlamalar Moskvanın bu dəfə də yardım əlini uzadacağı ehtimalının çox yüksək olduğunu söyləməyə əsas verir.

Kreml Sərkisyana “qaz verəcək”

Sərkisyanın xahişləri bununla bitməyib. Onun üçün digər mühüm məsələ Rusiya qazının Ermənistana satış qiymətlərinə baxılması ilə bağlı müzakirələrdir. Hazırda Rusiya Ermənistanı təbii qazla təchiz edən əsas ölkədir. Ermənistan təbii qazın 1000 kubmetrini “Qazprom” şirkətindən 180 dollara alır. “Qazprom”dan isə təbii qazı alaraq Ermənistanda satan monopolist şirkət “ArmRosqazprom”dur. Bu şirkətin səhmlərinin 80 faizi ruslara məxsusdur. Putinlə görüşdən sonra Sərkisyan bildirib ki, bu məsələ ilə bağlı tərəflər arasında anlaşma əldə edilib.

Lakin o, təfərrüatları açıqlamyıb. Ermənistan müxalifətinin iddiasına görə, Yerevan qazın qiymətinin dəyişməməsi, yaxud cüzi qaldırılması üçün “ArmRosqazprom”un səhmlərinin 20 faizini də ruslara güzəştə gedəcək. Bu sövdələşmə Ermənistandakı prezident seşkilərindən sonra baş tutacaq. 

Putindən Sərkisyana “böyük qardaş” jestləri

Putin -Sərkisyan danışıqları zamanı Moskva ilə Kreml arasında iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunub. Putin bildirib ki,  Rusiya-Ermənistan Hökumətlərarası Komissiyası formalaşıb. Komissiyanın əsas vəzifəsi 2020-ci ilə qədər ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün “Yol xəritəsi” hazırlamaqdır.

Qeyd edək ki, 2011-ci ilin yekunlarına görə ölkələr arasında ticarət dövriyyəsi 1 milyard dollar təşkil edib. Putin həmçinin bildirib ki, hər il Rusiyada işləyən ermənilər ölkələrinə 1 milyard dollar vəsait göndərirlər. Bu isə Ermənustan ÜDM-nin 35 faizini təşkil edir. Putin-Sərkisyan danışıqlarının Yerevanın getdikcə Rusiyadan asılılığının artmasını göstərdiyini nümayiş etdirdiyi barədə fikirləri Moskva və Yerevanda daha açıq şəkildə söyləməyə başlayıblar. Ermənistanın növbəti 5 ildə də faktiki olaraq Moskvadan idarəediləcəyi artıq Ermənistanda da heç kim üçün sirr deyil. Müstəqlil erməni ekspertləri Yerevanın indiyə qədər Moskvanın verdiyi heç bir krediti qaytarmadığına diqqət çəkirlər. 

Moskvanın növbəti planı isə Ermənistanın özündən uzunmüddətli asılılığa salmaq üçün konkret təminatlar yaratmaqdır. Sərkisyanın yenə 5 il müddətinə prezident kürsüsünə oturutmaq bu planın tərkib hissəsidir.

Sərkisyan Putini Yerevanda gözləyir

Sərkisyan isə Putinin sentyabr ayında Yerevanda gözləyir. Sentyabrda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələrinin Ermənistnda hərbi təlimlər keçirilməsi nəzərdə tutulub. Sərkisyan tərəfdarları ümid edirlər ki, Putin bu təlimləri izləmək üçün Ermənistana gələ bilər. Bu isə Sərkisyanın prezidentlik məsələsinin qəti şəkildə müsbət həll olunması demək olardı.

Sərkisyanın əsas rəqibinin isə ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın olacağı şübhəsizdir. Fəal siyasətə qayıdışından az müddət sonra əsas müxalif qüvvələrin konsolidasiyasına nail olan Petrosyan 2009-cu il parlament seçkilərinə Sərkisyan üçün çox böyük problem yaratdı.  Sərkisyan yalnız sərt represiyalar nəticəsində və Moskvanın faəl dəstəyi ilə etirazları sakitləşdirə bildi. Sərkisyan parlamnet seçkilərində üstünlük əldə etsədə, müstəqil ekspertlər bu mübarizəni Petrosyana sərf edən heç-heçə ilə bitdiyini bildirdilər.

Məhz bu səbəbdən Sərkisyan bu dəfə Kremlin möhkəm təminatını almaq üçün var gücü ilə səy göstərir. Böyük ehtimalla Kremlin əli ilə o yenə növbəti dəfəf prezident kürsüsünü məşğul edəcək.

 Qeyd edək ki, 2008-ci il 19 fevralda prezident seçilən  Serj Sərkisyan 1954-cü ildə Xankəndində anadan olub. İxtisasca filoloqdur, əmək fəaliyyətinə isə çilingər kimi başlayıb. Bildiyi dillər sırasında Azərbaycan dili də var...

 Zaur İbrahimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı