Ermənistan eyni vaxtda Avropa İttifaqına üzv olmağa çalışır, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqının imkanlarından və üstünlüklərindən istifadə edir.
Modern.az xəbər verir ki, bunu yerli mediaya açıqlamasında Rusiya Dövlət Dumasının sədri bu yanaşmanı “kinik və yanlış” adlandırıb və Ermənistan hakimiyyətinə öz seçimini açıq şəkildə bəyan etməyi təklif edib.
“İstərdim ki, Ermənistan yalançı siyasət yürütməsin. Əgər Avropa İttifaqına gedirsinizsə, gedin. Amma o zaman burada güzəştlər əldə etməyə etməyəcəksiniz”, - Volodin bildirib.
O, Ermənistanın həm Avropa İttifaqına inteqrasiya kursu götürməsi, həm də Aİİ-nin təqdim etdiyi imkanlardan yararlanmasını tənqid edib və İrəvanın seçim etməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistan parlamenti 2025-ci ilin martında ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında qanun qəbul edib. Ermənistan hakimiyyəti isə Aİ-yə üzvlüklə bağlı yekun qərarın referendum yolu ilə veriləcəyini bildirib.