Modern.az

Sarkisyan ölkədən çıxa bilməyəcək

Sarkisyan ölkədən çıxa bilməyəcək

Dünya

26 Avqust 2026, 13:14

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana ölkədən çıxmamaq qətimkan tədbiri seçilib.

Modern.az xəbər verir ki, bu barədə Armenia Today-ə onun vəkili Amram Makinyan məlumat verib.

Məlumata görə, qətimkan tədbiri Ermənistanın sabiq prezidenti Robert Köçəryanla bağlı cinayət işi çərçivəsində seçilib.

Vəkilin sözlərinə görə, məhkəmənin qərarı əsaslandırılmayıb və motivləri göstərilməyib. Müdafiə tərəfi bu səbəbdən qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər