Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki ay müddətinə həbs edilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhkəmə istintaq orqanının Sedrak Köçəryanın iki ay müddətinə həbs edilməsi ilə bağlı vəsatətini təmin edib. Bu barədə onun vəkili Aleksandr Koçubayev məlumat verib.
Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. Vəkil təqibi “qanundan kənar” adlandırıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin versiyasına görə, Sedrak Köçəryan vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsinə kömək edib.