Qazaxıstanın Atırau şəhərində ölkənin ən iri neft emalı zavodlarından birində yanğın baş verib.
Modern.az xəbər verir ki, hadisə ölkənin üç ən böyük neft emalı müəssisəsindən biri olan Atırau Neft Emalı Zavodunda qeydə alınıb.
Hazırda yanğının hansı səbəbdən baş verdiyi, alovun miqyası və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb. Hadisə yerində müvafiq xidmətlərin işlədiyi bildirilir. Yanğının lokallaşdırılıb-lokallaşdırılmadığı və zavodun fəaliyyətinə təsiri ilə bağlı da əlavə məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstanın Rusiyanın neftinin “Kondensat” zavodunda emalına razılıq verdiyi barədə məlumat yayılmışdı. Atırau Neft Emalı Zavodu Qazaxıstanın əsas neft emalı müəssisələrindən biridir və ölkənin yanacaq təminatında mühüm rol oynayır.