12Noyabr | Ana Səhifə - Yazılar - Sahibsiz və çarəsiz itlərin gecə söhbəti
Sahibsiz və çarəsiz itlərin gecə söhbəti

Akif CABBARLI

 

(pritça)

 

Hündür yaşayış binasının on altıncı mərtəbəsinin küçəyə açılan pəncərəsindən boylanan orta yaşlı, boylu-buxunlu kişinin qəzəbli çığırtısı bayaqdan bəri aramsız ulayan köpəyin səsini anındaca kəsdi.

 

Ay it, qanacağın olsun da, qoymazsan bir çimir alaq, yuxumuzu yataq, öldük axı əsəblikdən. Allah sənə bir insaf versin, nooolar axı...

 

Ala köpək bulanıq gözləri ilə yuxarıları seyr elədi, açıq pəncərədən baxan idmançı görkəmli kişini gördü və başını aramla aşağı-yuxarı yellədi. Yəni ki, “anladım, ağsaqqal, daha hürmərəm” – məntiqli bir jest elədi.

 

Pəncərə örtüldü və Ala köpək sədaqətli Boz Qancığını yanına çağırdı.

 

Görürsən də, məndən qanacaq umurlar. Daha bilmirlər ki, qanacağım  mərfətim olsaydı indi hansısa oliqarxın bağında şellənirdim. Qanacaq deyəndə ki, arvad, gərək felin-fəndin olsun, quyruq bulamağı bacarasan. İndi bacarmamışam da, vurun öldürün məni. Fərsiz olmuşam ki, indi Yeni Yasamalın tozlu-torpaqlı, zığlı-palçıqlı küçələrində səninlə bir yerdə aşağı-yuxarı sülənirik ki, görən hansı pəncərədən sür-sümük atacaqlar, iylənmiş kolbasa tolamazlayacaqlar ki, biz də ac qalmayaq. Bu Dadaş Bünyadzadə- 15-də yaşayan sakinlər var ey, qəribə adamlardır. Yayda əllərindəki ağac parçasını, qışda da zontiklərini az qala gözümüzə soxurlar. Soruşan lazımdır ki, balam sizə nə eləmişik. Yayda maşınların altında xudmani kölgələnirik, soyuq havalarda isə başımızı soxmağa isti yer də tapmırıq. Ac-yalavac itlərlə nə əkmisiniz ki, biçə bilimirsiniz.

 

İnsanlar heç vaxt yaddan çıxarmamalıdır ki, Yaradanın sevimli məxluquyuq ki, bizə adamların lap süfrəsinin qırağında, evinin qənşərində görünmək, şöngümək, bir tikə çörəkdən, ətdən-kolbasadan dadmaq icazəsi, şansı verilib uca göylərdən. Başqa hansı heyvanı, həşəratı insan evinə, həyətinə buraxar? Heç birini. Bizik, bir də pişiklər. Atlar da ki, öz yerində. Sədaqətən, etibardan söz düşəndə atlarla biz itlərin adı həmişə birinci çəkilir. Adamları hər cür təhlükədən, lap ayıdan, canavardan da qoruyuruq. Qışın şaxtasında, yayın qızmarında qulluqlarındayıq.  Eşitdiyimə görə  Allah çörəyi də birinci biz itlərə göndərib. Düzdür, bizim içərimizdə də naşükürləri, xəyanətkarları, oğruları tapmaq olar. Amma bütövlükdə itlər insanların yaxın dostu olub və bu hal yəqin  ki, heç vaxt aradan götürülməz.

 

Boz Qancıq sevgilisinin sözlərini təstiqləmək üçün iri başını xeyli yellədi.

 

Düzdür əzizim, qohum-əqrabamızdan bəziləri xod tapıb qəssabxanaların, kababxanaların yan-yürəsində girələnirlər. Tanış-biliş də var ki, bağları, obyektləri, tikinti sahələrini qoruyur. Lap yekə gedənlərimiz də narkotik axtarır, kəşfiyyata çıxırlar. Şimaldakı soydaşlarımızı lap xizəyə, arabaya da qoşullar. Eşitidyimə görə bizim cinsdən olanlar Avropa şəhərlərində tam sərbəst gəzib-dolaşırlar. Ara-sıra onları iynələyirlər ki, xəstəliyə tutulmasınlar. Bizdə isə Allah göstərməsin, birinə lap xoş niyyətlə dişini ağartsan daş götürüb başını yaracaq, ayaqlarını qıracaq. Hələ bir hansısa idarəyə zəng edib tələb edəcək ki, gəlib güllədən keçirisinlər. Soruşan lazımdır ki, sizə nə pisliyimiz keçib. Yemək vermirsiniz , imkan verin özümüz aşıb-daşan zibil qutularından görək axtarıb nə tapırıq da...

 

Ala köpək pəncəsini qaldırıb diqqətlə onlara qulaq asan balalarının çirkli başlarını bircə-bircə sığallayıb köksünü ötürdü.

 

Bu küçükləri böyütmək üçün nə qədər əziyyət çəkirik, tənələri, tənbehləri qəbul edirik. İndi gecədir, bekarçılıqdır, bir ağız çaşıb hürdüm də,  nə olsun. Bu adamlar hələ haqqımızda lətifələr də düzəldirlər. Deyir ki, itdən soruşullar, ay it niyə hürürsən? Cavab verir ki, qorxuzuram. Bəs niyə quyruğunu bulayırsan sualına da guya itin cavabı bu olur ki, həm də qorxuram axı... Bəli, qorxuruq. Vururlar, şikəst edirlər, üstümüzdən maşın da keçirillər. Hələ bir zağlı məsəllər də düzəldirlər – itlə dostluq elə, çomağı yerə qoyma. Amma əksinə deyilmiş bir söz də var – it insanın sadiq dostudur. İndi hansına inanaq, bir qəti fikriniz olsun da... Görün hələ nə deyirlər – it itin ayağını basmaz, flankəs it günündədir . Bəli basmarıq, özümüz özümüzü qorumasaq bizi kim qoruyacaq bəs. Sizsiniz bir – birinizi tapdalayan, sürüyən, canını alan, biz yox.  Sonra, elə gəzin-dolanın ki, it gününə düşməyin də. Ağlınız – başınız var, bizim kimi çöl quşu, səhra daşı deyilsiniz ki... Savadınız, işiniz, pulunuz-paranız, soyuducuda ətiniz-yağınız...

 

Boz Qancıq “ət” sözünü eşitcək ayağa qalxıb yaxşıca gərnəşdi, sonra silkələndi.

Deyirəm görəsən bir də möhkəmnən hürsək on altıncı mərtəbədəki kişi bizə sür-sümük atmaz ki? Atanda nə olar ey, onsuz da mənzillərdən hər gün atılan əşyaların, çəkicin-mişarın, ərzaq qırıntısının sayı-hesabı yoxdur. Biri də olsun bizə atılan sür-sümük. Allahı çağırıb bir ağız da ulamaq keçir axı könlümdən...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Ermənistanda silahlı insident 26 Yanvar 2020, 00:47 Azərbaycanlı tələbələr zəlzələ zonasından Naxçıvana təxliyə olunur - RƏSMİ 26 Yanvar 2020, 00:31 Uğursuz Daşaltı əməliyyatından 28 il ötür 26 Yanvar 2020, 00:12 Naxçıvani küçəsinin seçiciləri Azay Quliyevi hərarətlə qarşıladı - FOTO, VİDEO 25 Yanvar 2020, 23:57 Vüqar Bayramov Qəhrəmanlar parkında Horadiz sakinləri ilə görüşdü - FOTO 25 Yanvar 2020, 23:39 Türkiyədə yenə zəlzələ oldu 25 Yanvar 2020, 23:18 Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO 25 Yanvar 2020, 22:36 Kərimbəylililər də Vüqar Bayramov deyir - FOTO 25 Yanvar 2020, 22:29 Türkiyədə zəlzələ qurbanlarının sayı 29-a çatdı: 1466 yaralı var 25 Yanvar 2020, 22:11 Cavanşir Paşazadənin seçicilərlə izdihamlı görüşü - FOTOLAR 25 Yanvar 2020, 21:53 Çindən Azərbaycana gələnlər ciddi yoxlanılır - RƏSMİ 25 Yanvar 2020, 21:34 Həmişə  yanımızda olan deputatımıza yenə səs verəcəyik - FOTOLAR 25 Yanvar 2020, 21:19 Etiraz aksiyalarında 4 nəfər öldürüldü 25 Yanvar 2020, 21:02 Azər Kərimli seçicilərini evlərində ziyarət edir - FOTOLAR 25 Yanvar 2020, 20:47 Cəbrayıllılardan Ceyhun Məmmədova böyük dəstək - FOTOLAR 25 Yanvar 2020, 20:29 Şənbə etüdləri - Şöhrət Eyvazov yazır 25 Yanvar 2020, 20:14 Əhliman Əmiraslanova  ağır itki 25 Yanvar 2020, 20:00 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 25 Yanvar 2020, 19:33 Zobcuq sakinləri Vüqar Bayramovu böyük təntənə ilə qarşıladı - FOTO 25 Yanvar 2020, 18:00 Sumqayıtda mənzildə qadın meyiti tapılıb 25 Yanvar 2020, 17:58 Gürcüstan vətəndaşının Bakıda bank hesabı qarət edildi 25 Yanvar 2020, 17:45 Çindəki azərbaycanlı doktorant: “Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram” 25 Yanvar 2020, 17:29 “5 rayon qaytarılır, Kəlbəcərlə Laçın keçid status alır” – Paşinyandan SENSASİON AÇIQLAMALAR 25 Yanvar 2020, 17:23 Rövşən Sadıxov iki kəndin seçiciləri ilə görüşüb - FOTOLAR 25 Yanvar 2020, 17:11 “Dünyanın ən gözəl, ziyalı və qayğıkeş qadınları Azərbaycan xanımlarıdır” - TAHİR MİRKİŞİLİ - FOTOLAR 25 Yanvar 2020, 17:00 Musa Qasımlı seçicilərlə bir arada - FOTOLAR 25 Yanvar 2020, 16:45 Prezident Avstraliyanın General-Qubernatorunu təbrik edib 25 Yanvar 2020, 16:39 Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır? 25 Yanvar 2020, 16:31 Qobu Parkda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTO 25 Yanvar 2020, 16:26 XİN-dən Çindəki azərbaycanlılarla bağlı  YENİ AÇIQLAMA 25 Yanvar 2020, 16:24 Lalə Abbasova seçiciləri ilə izdihamlı görüşlər keçirib - FOTOLAR 25 Yanvar 2020, 16:19 Gəncədə hərbi şəhərçiyin sakinləri Pərvin Kərimzadəni dəstəkləyirlər-VİDEO   25 Yanvar 2020, 16:16 Çinin karantin edilən şəhərində azərbaycanlı tələbələr də var - ÖZƏL 25 Yanvar 2020, 16:08 Heydər Əliyev Fondu Salyanda yeni məktəb binası inşa etdi - FOTOLAR 25 Yanvar 2020, 16:03 “Azərenerji” ASC-nin sədrinə ağır itki üz verdi 25 Yanvar 2020, 15:51
SORĞU Yeni parlamentdə kimlər olsun?