Modern.az

Laçında "Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub

Laçında "Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub

Mədəniyyət

26 Avqust 2026, 18:35

Laçın Şəhəri Günü çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində Füzuli Dövlət Dram Teatrının "Şəngülüm, Şüngülüm, Məngülüm” nağıl-tamaşası nümayiş olunub.

Modern.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.
Obrazları Günay Çobanzadə (Ana keçi), Xurşud Babayeva (Şəngülüm), Püstə Əhmədova (Şüngülüm), Gülgəz Soltanova (Məngülüm), Vüsal Həsənov (Qoca Canavar), Vüqar Babayev (Canavar) və Sahilə Abbasova (Qaz, Dəmirçi) canlandırıblar.

Səhnə əsərinin əsas ideyası uşaqlara böyüklərin sözünü dinləməsi, ehtiyatlı və düşüncəli davranmasının vacibliyini aşılamaqdır. Düşünülməmiş addımlar və yadlara inam bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu baxımdan, tamaşa uşaqlarda məsuliyyət hissini gücləndirir və onları daha diqqətli olmağa çağırır. Birlik və həmrəylik kimi ideyaları da əks etdirən tamaşa böyük maraqla qarşılanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...