Modern.az

Müəllimlər üçün vakansiya seçimi başlayır

Müəllimlər üçün vakansiya seçimi başlayır

Təhsil

26 Avqust 2026, 18:27

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinin vaxtı açıqlanıb.

Modern.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, namizədlər 28 avqust saat 15:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakant yerləri seçə biləcəklər.

Namizədlərə ən çoxu 4 vakant yer seçmək imkanı veriləcək.

Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.

Qeyd edək ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər